Avropa İttifaqı Rusiya nefti ilə bağlı yeni plan hazırlayır

15:30 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) “Yeddilik Qrupu” ilə koordinasiyada Rusiya neftinin qiymətinin bir barel üçün 65-70 dollar səviyyəsində tətbiq edilməsi imkanını nəzərdən keçirir.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin yazısında qeyd edilib ki, Avropa İttifaqı ölkələrinin səfirləri bu gün qiymət tavanını və nəzarət mexanizminin yaradılmasını müzakirə edəcəklər.

“Konsensus halında, Avropa İttifaqı və G7 qərarlarını günün sonuna qədər açıqlaya bilər” – deyə məlumatda qeyd edilib.

Other news