Hacıqabulda 115 yerlik yeni iş yerləri açılacaq – Nazir anons etdi

11:21 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, rezidentlərin sayı bununla da 13-ə çatıb.

Ümumi investisiya həcmi 6 mln. manatdan çox olan 3 müəssisədə (Absheron Trending MMC, AR Metiz MMC və LV Shipping Caspian MMC) 115 iş yeri yaradılacaq.

 

Other news