Özəl tibbi praktika ilə məşğul olanlara ödənişlər nağdsız həyata keçiriləcək

16:33 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qaydada həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, nağdsız qaydada həyata keçirilən hesablaşmaların dairəsi genişləndirilir.

“Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda təsdiq edilib.

Dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qəbul edilməlidir.

Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

 

Other news