Afrika ölkəsi avtomobil istehsalını sürətlə artırır

16:42 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. Mərakeşin avtomobil sənayesi sektoru bu il avtomobillərin ixracı üzrə yeni rekord müəyyən edib.

ABC.AZ-ın məlumatına görə, Mərakeşin sənaye və ticarət naziri Riad Mezzur bildirib ki, 2022-ci ilin sonuna qədər əmtəə dövriyyəsinin 9,4 milyard dollardan çox olması təmin ediləcək.

Nazir bildirib ki, milli avtomobil sənayesi strategiyasının əsas hədəfi 2025-ci ildə istehsal edilən avtomobillərin sayını indiki 700 mindən 1 milyona çatdırmaqdır. Avtomobil istehsalı üzrə ixtisaslaşan “Stellantis” İtaliya-Amerika transmilli korporasiyası “Peugeot” zavodunda daha 250 min avtomobil istehsal olunmasını təmin etmək üzərində işləyir.

Riad Mezzur qeyd edib ki, avtomobil ehtiyat hissələrinin 64 faizi Mərakeşdə istehsal edilir. Cari ilin sonunda bu göstərici 69 faiz olacaq.

 

Other news