Bank sektorunun kredit qoyuluşları ötən ay bu qədər artıb

10:36 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Azərbaycanın bank sektorunun kredit qoyuluşları 2022-ci ilin oktyabr ayında sentyabr ayının sonu ilə müqayisədə 313,6 milyon manat artıb.

ABC.AZ xəbər verir ki, artımdan sonra sözügedən dövrdə kredit qoyuluşlarının həcmi 19 milyard 470 milyon 800 min manata çatıb.

Sentyabr ayının sonunda bank sektorunun kredit qoyuluşları 19 milyard 157 milyon 200 min manat təşkil etmişdi.

Qeyd edək ki, Bank sektorunun kredit qoyuluşları sentyabr ayında avqust ayının sonu ilə müqayisədə 518,6 milyon manat artmışdı.

 

Other news