"DOST” Agentliyi bahalı tenderi bu şirkətə verdi

10:30 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi "DOST” Agentliyi və tabeliyində olan təşkilatların maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, tenderdə qalib şirkət "Deloitte & Touche" MMC seçilib.

Bundan sonra Agentliyin audit rəyini "Deloitte & Touche" MMC verəcək.

Agentlik "Deloitte & Touche" şirkəti ilə məbləği 446 min 276 manat olan müqavilə imzalayıb.

Other news