“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac azalıb – 12 fazidən çox kiçilmə var

14:53 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr buraxılışını dərc edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən sayda 2017-ci ildən 2022-ci ilin oktyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyərinin 929,1 milyon ABŞ dolları təşkil etdiyi qeyd edilib.

Sənədə əsasən, bu ilin noyabr ayında isə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,1 milyon ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.

Other news