Azərbaycanın ixrac etdiyi qeyri-neft sektoruna aid malların siyahısında karbamid birinci yerdədir

16:14 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  karbamid (181,8 milyon ABŞ dolları) birinci olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayında qeyd edilib.

Bu, siyahıda pambıq mahlıcı (151,9 milyon ABŞ dolları) ikinci, qızıl (143 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 687 milyon ABŞ dolları, Türkiyəyə 582,5 milyon ABŞ dolları, Gürcüstana 164,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 152,6 milyon ABŞ dolları və Qazaxıstana isə 75 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Müəllif: Elmir Murad

Other news