Son 10 ayda Azexport.az portalına bu qədər sifariş daxil olub

16:37 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 393,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin oktyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 37,3 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin oktyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin pambıq yağı, kərə yağı, qurğuşun, tikinti kərpici, toyuq əti, xurma, fındıq, tütün, mühərrik yağı buğda unu və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (70 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 3,1 milyard ABŞ dolları təşkil edib.

Other news