Valyuta hərracında banklar tələbi 27% artırdı

12:33 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, dekabrın 1-də keçirilən valyuta hərracında 82,9 milyon dollar satılıb ki, bu da ötən hərracdan 17,6 milyon dollar (26,95%) çoxdur. Noyabrın 29-da keçirilən hərracda AMB banklara 65,3 milyon dollar dəyərində valyuta satıb.

"Valyuta hərracında bankların tələbi 82,9 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Other news