Azərbaycanın 4 aylıq taxıl ehtiyatı var – Agentlik rəmisi

01.12.2022,16:32


1 dekabr, Fineko/abc.az. Azərbaycanda hazırda ümumi bazar üzrə dörd aylıq taxıl ehtiyatı var.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

O həmçinin qeyd edib ki, hazırda ərzaqlıq buğdanın dövlət ehtiyatlarının tədarükü ilə bağlı işlər görülür:

“Həm yerli buğda istehsalçılarına müvafiq elanlar verilib, həm də xarici iri taxıl istehsalçıları ilə müqavilələr bağlanılıb”.