Məhsulun üstündəki köhnə tarixi silib, yenisini yazıb möhürləyirlər – Deputat

17:30 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. “Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silib, yenisini yazıb möhürləyirlər”.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

“Uşaq qidası ilə bağlı da problem var, qısa zamanda qarşısı alınmasa, bundan böyük problemlər yaranacaq”, - deputat qeyd edib.

Deputat gömrüklə bağlı da təklif irəli sürüb: “Qaydaya əsasən, 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə xaricdən mal gətirə bilərsiniz. Orada imkan varmı ki, “yol pulu” deyilən məbləğ həmin 300 dollara daxil edilməsin?”

Other news