Azərbaycanda şəhərlərarası daşınmalara gündə 2 000-ə yaxın avtobus çıxarılır

11:55 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Azərbaycanda son vaxtlar şəhərlərarası sərnişin daşımalarında kiçik tutumlu avtobuslardan istifadə halları artıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baş mütəxəssisi Rauf Səfərov mövzusunda konfransda bildirib.

“Hazırda şəhərlərarası daşınma ilə bağlı 621 marşrut mövcuddur. Bu xətlərə gündəlik 1 966 ədəd avtobus çıxarılır. Bu sahədə ən böyük problemlərdən biri böyük tutumlu nəqliyyat vasitələrinin yaşlanması, kiçik tutumlu avtobuslardan istifadənin artmasıdır. Bu da qeyri-qanuni sərnişin daşınmasına gətirib çıxarır. Məlumdur ki, şəhərlərarası daşınmada başlanğıc və son təyinat məntəqəsi avtovağzaldan olmalıdır. Amma müəyyən ərazilər mövcuddur ki, onlardan qeyri-qanuni avtovağzal kimi istifadə olunur. Şəhərlərarası danışmanı sərnişinlər üçün daha da asanlaşdırmaq, bilət alışını daha rahat formada həyata keçirmək üçün biletim.az saytı fəaliyyət göstərir”, - o qeyd edib.

R.Səfərov həmçinin əlavə edib ki, hazırda Bakıda ümumilikdə 2 800-dən çox avtobus mövcuddur ki, bunun da gündəlik bunların 1 900 ədədi istifadədədir.

 

Other news