Ötən il silah şirkətlərinin satış həcmi 2 faizə yaxın artıb - Hesabat

09:57 - 5.12.2022


 5 dekabr, Fineko/abc.az. 2021-ci ildə ilk 100-lüyə daxil olan silah şirkətlərinin satışının həcmi 1,9% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) dərc etdiyi hesabatda qeyd edilib. Hesabata əsasən, artımdan sonra satış həcmi 592 milyard dollar təşkil edib.

2020-2021-ci illərdə silah ticarəti artım nümayiş etdirsə də, onun dinamikası 3,7% səviyyəsində olan pandemiyadan əvvəlki səviyyədən aşağıdır. COVID-19 pandemiyası qlobal təchizat zəncirlərinə ciddi mənfi təsir göstərib.

Qeyd edək ki, Amerika şirkətləri əvvəlki kimi reytinqə başçılıq edir. İlk 100-lükdə 40 ABŞ şirkəti var və onların ümumi satışları 299 milyard dollar təşkil edib. İlk yüzlüyün beş lideri də ABŞ-dan olan şirkətlərdən ibarətdir.

Other news