15:01 - 5.12.2022
5 dekabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Turan Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank” və “Unibank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir. Ən yüksək dinamika “Access Bank”da (13 dəfə), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan”da (32,7%) qeydə alınıb.
6 bankın – “Kapital Bank”, “Bank Avrasiya”, “Günay Bank”, “Rabitəbank”, “Naxçıvan Bank” və “PAŞA Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “PAŞA Bank”da (88%), ən az azalma isə “Kapital Bank”da (28,8%) qeydə alınıb.
4 bankın – “AFB Bank”, “Bank of Baku” və “Bank VTB Azərbaycan” ASC-lərin, eləcə də Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Ən yüksək dinamika Pakistan bankında (2,5 dəfə), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (64,7%) qeydə alınıb. 2 bankın - “Bank Respublika” və “Yelo Bank”ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 66,1% və 81,9% azalıb.
4 bank – “Muğan Bank”, “Bank BTB”, “Azər-Türk Bank”, “Premium Bank” ASC-lər bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 3 bank – “Express Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran Milli Bankının Bakı filialı isə bu ilin 9 ayında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
19 April 2024
19 April 2024
18 April 2024
18 April 2024
18 April 2024