Dörd bankın xüsusi ehtiyatlara ayırmaları 10 mln manatdan çoxdur - Hesabat

16:42 - 5.12.2022


5 dekabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Express Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Yelo Bank”, “AFB Bank”, “Bank VTB Azərbaycan” və “Bank of Baku” ASC-lər, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.

Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Bank of Baku”da (11,884 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (30 min manat) qeydə alınıb.

Qalan 17 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Onlardan 4-də bu göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (71,816 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (32,72 milyon manat), “Unibank” (18,565 milyon manat) və “Muğan Bank” (13,565 milyon manat) ASC-lərdir.
Qalan 13 bankdan 11-də xüsusi ehtiyatlara ayırmaların məbləği 1-10 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır.

Other news