Son 10 ayda Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu qədər olub 

11:33 - 6.12.2022


6 dekabr, Fineko/abc.az.  Cari ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə açıqlamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi birgə mətbuat konfransda deyib. C.Bayramov bildirib ki, həcm 3 milyard dollar təşkil edib ki, bu da yüksək göstəricidir.

Azərbaycanın XİN başçısı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə ilə bağlı qeyd edib ki, dəhliz hazırda fəaliyyət göstərir və onun potensialı böyükdür. Nəzərə çatdırılıb ki, Azərbaycan Rusiya şirkətlərinin Qarabağın bərpasındakı iştirakını yüksək qiymətləndirir.

Other news