“İxrac İcmalı”nın dekabr sayının ilkin rəqəmləri açıqlanıb

12:10 - 6.12.2022


6 dekabr, Fineko/abc.az.  “İxrac icmalı”nın dekabr sayı dərc edilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən sayda 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard ABŞ dolları təşkil etdiyi qeyd edilib. Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on bir ayı ilə müqayisədə 14% artıb. 

2022-ci ilin yanvar-noyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 77,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 23%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3%, çay ixracı isə 43% artıb.  

Müəllif:Elmir Murad

Other news