Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə zərər verənləri 2100 manat məbləğində cərimələyib

10:59 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması üzrə tədbirlər görür.

Nazirliyin məlumatında deyilir ki, quruma Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olmuşdu.

“Aparılan araşdırma nəticəsində, məişət tullantılarının əraziyə Samur-Abşeron Kanalı İstismar İdarəsinin nəzarətçisi Aqil Əsgərov, Ceyranbatan Su Təchizatı İdarəsinin nəzarətçisi Tural Rzayev və torpaq mülkiyyətçisi Xudaqulu Məmmədov tərəfindən atıldığı məlum olmuşdur və onlar 2100 manat məbləğində cərimələnmişdirlər”, - məlumatda belə deyilir.

Tullantıların ərazidən təmizlənməsi üçün Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

Other news