Son 9 ayı zərərlə işləmiş Banklar

10:31 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, son 9 ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 18-i mənfəət əldə edib.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, mənfəətlə yanaşı zərər edən Banklar da var. Məsələn, sözügedən dövrdə Pakistan Milli Bankının Bakı filialının zərəri 53,1% artıb.

3 bank – “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər bu ilin yanvar-sentyabr aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 2 bank - “Bank BTB” və “Unibank” ASC-lər isə bu ilin 9 ayını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. 

Other news