9 ayda təyyarə ilə yük və sərnişin daşımalarından Azərbaycanın gəlirləri 2 milyard dollar təşkil edib

15:47 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 milyard 620 milyon 675,4 min manat (cari məzənnə ilə $2,1 milyard) gəlir əldə edib.  

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 45,7% çoxdur.

Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 2 milyard 767 milyon 82,5 min manat ($1,6 milyard) məbləğində gəlir (artım 31,5%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 2 milyard 766 milyon 492,5 min manatı (artım 31,5%) beynəlxalq yükdaşımaların, 590 min manatı isə daxili yükdaşımaların (artım 60%) payına düşüb.

Other news