Bu şirkət işçilərinin böyük hissəsini ixtisar edib   

10:17 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  Yüksək inflyasiya və Rusiya-Ukrayna müharibəsi ilə yaşanan enerji böhranının dünyada iqtisadi inkişafı zəiflətməsi fonunda xüsusilə ABŞ və Avropada bir çox şirkət işçilərini ixtisar etməyə, yeni işçilərin qəbulunu dayandırmağa başlayıb.

ABC.AZ xəbər verir ki, bu il 946 texnologiya şirkəti 148 min 431 əməkdaşını işdən çıxarıb.

“Crunchbase”in məlumatlarına əsasən, təkcə ABŞ-da 946 texnologiya şirkətində 90 mindən artıq insan işini itirib. İlin üçüncü rübündə gəlirlərlə bağlı proqnozlar özünü doğrultmadığı üçün “Amazon” və “Meta” kimi şirkətlər də ixtisarlara gedir. Elektron ticarət nəhəngi “Amazon” dünyadakı işçilərinin 3 faizini – 10 min nəfəri işdən çıxarmağı planlaşdırır. Bu, 1994-cü ildən sonra işdən çıxarılma ilə bağlı ən böyük göstərici olacaq.

Elektron bankçılıqla məşğul olan “Chime Financial” işçlərinin 12 faizini, yaxud 160 nəfəri, 83 min işçisi olan “Cisco Systems” işçilərinin 5 faizini işdən çıxarmağa hazırlaşdığını açıqlayıb.

Other news