İyunun 10-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

16:15 - 11.06.2018


11 iyun, Fineko/abc.az.  Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilmiş sınaq imtahanının nəticələrini iyunun 11-də saat 15:55-dən etibarən elan edib. Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.

Other news