Dünyanın ən varlı adamı artıq odur – Sərvəti hər kəsi təəccübləndirdi

15:51 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. Artıq Dünyanın ən varlı insanı Twitter-də paylaşım etməyən iş adamıdır.

ABC.AZ-ın məlumatına görə, bu barədə Bloomberg xəbər verir.

“Tesla” səhmlərinin bazar dəyəri 500 milyard dollardan aşağı düşdükdən sonra onun rəhbəri İlon Maskın sərvəti də azalıb. Maskın sərvəti 163,6 milyard dollara qədər geriləyib və Mask Bloomberg Milyarderləri Siyahısında ikinci yerə düşüb. Maskın sərvəti bir gündə 4 milyard dollar azaldığı halda, 2022-ci ildə ümumi sərvət itkisi 106 milyard dolları keçib.

Maskın tənəzzülündən sonra Fransız lüks imperiyası - Louis Vuitton-un rəhbəri Bernard Arnault birinci yeri tutub.

Bernard Arnault hazırda 170 milyard dollardan çox sərvəti ilə dünyanın ən varlı adamıdır. Pul siyasətinin sərtləşdirilməsi ilə əlaqədar qlobal bazarlarda kəskin dalğalanmaların yaşandığı bir ildə Arnaultun sərvəti cəmi 7 milyard dollar "əriyib".

Arnault dünyanın ən böyük lüks qrupu Louis Vuitton və şampan markası Dom Perignondan Christian Dior-a qədər 75 brendin rəhbəridir.

Other news