Bundan sonra əcnəbi İT mütəxəssisləri Azərbaycanda rahat işləyə biləcəklər

15:06 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Azərbaycanda işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsi şərtləri asanlaşdırılır.

ABC.AZ xəbər verir ki. dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilmiş iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklərə əsasən, texnoparkın rezidentləri (hüquqi şəxs olduqda, onun rəhbəri və müavinləri vəzifəsini tutan şəxslər) və informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər üçün iş icazəsi tələb olunmayacaq.

Buna uyğun olaraq həmin şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur.

Other news