ƏDV-nin əvvəlcədən ödənilməsi sahibkarın dövriyyə vəsaitinin azalmasına səbəb olur

15:11 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) malların gömrük rəsmiləşdirilməsi zamanı deyil, satış sonrası ödənilməsi sahibkara dəstək ola bilər.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Abbasov Bakıda keçirilmiş"Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə bildirib.

O qeyd edib ki, bu gün həm gömrük rüsumlarının, həm ƏDV-nin əvvəlcədən ödənilməsi sahibkarın dövriyyə vəsaitinin azalmasına səbəb olur.

V.Abbasov həmçinin daxili emal prosesinin dəstəklənməsinə də diqqət çəkib: “Daxili emal prosesində ölkəmizdə kifayət qədər güclü istehsalçılar var. Həmin şirkətlər, həmçinin ixracla məşğul olurlar. Ancaq daxili emal prosesinin müəyyən səbəblərdən ləngiməsi və aktiv olmaması ixraca təsir göstərir.

 

Other news