Bakıdakı şirkətlərin bəzən ixrac imkanları məhdud olur- Konfederasiya rəsmisi

15:31 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. Bakıda sahibkarlar böyük müəssisələr açıblar, lakin bu şirkətlərin bəzən ixrac imkanları məhdud olur, çünki qonşu ölkələrin şirkətləri ilə mübarizə apara bilmirlər.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Abbasov Bakıda keçirilmiş "Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə bildirib.

O bildirib ki, hazırda Ələt Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir:

"İqtisadi zona 15-20 il əvvəl yaransaydı şirkətlər öz məhsullarını orda istehsal edərdilər. Ancaq sahibkarlar böyük investisiya qoyublar, artıq fabriklərini tikiblər. Ona görə də daxili emal prosesinin dəstəklənmsəi çox vacib məsələdir”.

Other news