Bankların manat əmanəti faizləri - SİYAHI

10:18 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. Azərbaycandakı banklarının 12 ay müddətinə Manat əmanəti faizlərini təqdim edirik.

ABC.AZ 12.12.2022-ci il tarixinə Azərbaycan banklarının milli valyutada 12 ay müddətinə əmanət şərtlərini araşdırıb.

Hazırda 12 ay müddəti üzrə ən yüksək əmanət faizlərini Bank BTB, Bank of Baku, Günay Bank, Muğanbank, Yelo Bank, Rabitəbank, Turanbank və Unibank təklif edir.

Qeyd edək ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yəni, milli valyutada 12%-dən, xarici valyutada isə 2,5%-dən yüksək dərəcələr ilə Banka yatırılan əmanətlər qorunan əmanət hesab olunmur və Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilmir.

Bankların 1 illik (12 ay) Manat əmanəti üzrə faiz dərəcələri cədvəldəki kimidir.


Other news