Kamran Əliyev köməkçisini işdən çıxardı

15:23 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Baş Prokurorluqda yeni idarə rəisi təyin olunub.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Kamran Əliyevin böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilib.

O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.

Mahir Abbasov əvvəllər Füzuli hərbi prokurorluğunda, daha sonra uzun müddət dövlət ittihamçısı kimi çalışıb.

 

Other news