"AqriBioEkoTex" MMC-yə 440 min manat güzəştli kredit ayrılıb - Nazirdən açıqlama

16:48 - 26.12.2022


26 dekabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznes sahələrinə dəstək istiqamətində "AqriBioEkoTex" MMC-yə 440 min manat güzəştli kredit ayrılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirli Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, güzəştli kredit biotexnologiya məhsullarının istehsalının inkişafı layihəsi üçün ayrılıb.

"AqriBioEkoTex" MMC şirkəti BIOHUMUS, BIOMAX, FERMENTSTART, BACTOVIT, BIO-BITPEST, TRICHO-GUARD, NITRO-FIX, BGS 1008-6, BIORG kimi biotexnologiya məhsulları istehsal edir.

Other news