Bakıda yol təmirə bağlandı

11:29 - 25.10.2017


“Azəravtoyol” ASC sürücülərə xəbərdarlıq edir.

Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu gün, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun  6-8-ci kilometr sahəsində təmir işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

“Bu sahəyə Su İdman Sarayından başlayaraq Bibiheybət məscidinə qədər yol daxildir. Təmir işlərinin tamamlanmasına qədər nəqliyyatın hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb”, - məlumatda belə deyilir.

Sürücülərə, təmirin tamamlanmasına qədər “20-ci sahə”dən keçən alternativ yoldan istifadə etmək tövsiyə edilir.

 

Other news