Dünyanın ən yaxşı restoranları bağlanır

15:15 - 10.01.2023


10 yanvar, Fineko/abc.az. Dəfələrlə dünyanın ən yaxşı restoranı seçilən, Kopenhagendə yerləşən “noma” restoranı 2024-cü ilin sonunda qapılarını bağlayacağını açıqlayıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, restoranın İnstaqram hesabında verilən açıqlamada “noma olmağa davam etmək üçün dəyişməliyik. 2024-cü ilin qışı “noma”nın son mövsümü olacaq” yazılıb.  00:02

“2025-ci ildə restoranımız nəhəng bir laboratoriyaya çevriləcək. Biz fəaliyyətimizi yemək innovasiyası üzərində işləməyə və yeni dadlar yaratmağa həsr edən qabaqcıl sınaq (test) mətbəxi olacağıq və səylərimizin bəhrəsini əvvəlkindən daha geniş şəkildə bölüşəcəyik. Vaxtımızın çoxunu yeni kəşflər və daha çox ideyalara sərf edəcəyik. Müştərilərə xidmət hər zaman kimliyimizin bir parçası olacaq, lakin biz sadəcə bir restoran olmayacağıq”, - restoranın vebsaytında deyilir.

Adı dan dilində “nordisk” (Skandinaviya) və “mad” (yemək) sözlərinin qısa versiyası olan “noma” 2003-cü ildə Kopenhagenin mərkəzində açılıb. 2016-cı ildə restoran bağlanıb və iki ildən sonra şəhər mərkəzindən uzaqda, ağaclarla əhatə olunmuş ərazidə yenidən açılıb. Dünyanın bir çox yerindən rezervasiya edərək gələn qastro-turistlər restoranda adambaşına 500 dollar ödəyirdilər. Restoran müntəzəm olaraq “Dünyanın 50 ən yaxşı restoranı” siyahısında ilk 3-lükdə yer alır.

Other news