Nazir: AİŞ 4 layihə üzrə 20,5 mln manat investisiya yatıracaq

14:13 - 11.01.2023


11 yanvar, Fineko/abc.az. Ölkəmizin qeyri-neft sektorunda kapital investisiyalarının təşviqində Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) məxsusi rolu var.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tvitter hesabatında deyib.

Nazir bildirib ki, 2022-ci ildə AİŞ tərəfindən qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində 5 layihəyə 10 milyon manat sərmayə yatırılıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiyanın yatırılması qərara alınıb.

Other news