Britaniya şirkətlərinin Qarabağda layihələrdə iştirakı müzakirə olunub

14:20 - 11.01.2023


11 yanvar, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.

ABC.AZ xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov qeyd edib.

Other news