Dünya Bankından Rusiya iqtisadiyyatı barədə PROQNOZ

15:15 - 11.01.2023


11 yanvar, Fineko/abc.az. Dünya Bankı Rusiya iqtisadiyyatının inkişafı ilə bağlı proqnoza yenidən baxıb. Belə ki, 2023-cü ilin yekunlarına görə Dünya Bankı Rusiya ÜDM-nin 3,3% azalacağını, 2024-cü ilin nəticələrinə görə isə 1,6% artım gözləyir.

ABC.AZ xəbər verir ki, Dünya Bankının materiallarından belə görünür ki, təşkilat 2023-cü il üçün Rusiya Federasiyası üzrə proqnozunu təkmilləşdirib: oktyabrda dərc edilmiş əvvəlki proqnozda bu il Rusiyanın ÜDM-də 3,6% azalma nəzərdə tutulurdu. 2024-cü il üçün proqnoz - 1,6% artım - dəyişməz qalıb.

Ümumilikdə, Dünya Bankı qlobal iqtisadiyyatın 2023-cü ildə 1,7%, 2024-cü ildə isə 2,7% artacağını proqnozlaşdırır. Təşkilat qeyd edir ki, artımın kəskin azalması geniş yayılacaq. 2023-cü il üçün ÜDM-in artım proqnozları qabaqcıl iqtisadiyyatların 95%-i və inkişaf etməkdə olan ölkələrin təxminən 70%-i üçün aşağı salınıb.

Other news