Avtomobillərin icbari sığortası üçün vətəndaşlardan əlavə pul alınır?

14:43 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. Avtomobillərin icbari avtosığortası ilə bağlı vətəndaşlardan əlavə ödəniş tələb edilə bilməz.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

O həmçinin əlavə edib ki, belə halla qarşılaşan vətəndaşlar mütləq qaydada nəzarətedici qurumun qaynar xəttinə müraciət etməlidirlər.

Other news