Bu əmlaklar üzrə vergi güzəştləri veriləcək

15:50 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, daşınar əmlakın və qeyri-maddi aktivlərin də dövlət orqanlarına və qurumlarına, habelə siyahısı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verildiyi zaman güzəştlərin müəyyən edilməsi ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, məcəllədə edilmiş dəyişikliyə əsasən, bu hallar mənfəət və gəlir vergisi, həmçinin ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat sayılmayacaq, eyni zamanda bu əmlaklara görə ödənilmiş ƏDV məbləği əvəzləşdiriləcək.

Məlum olduğu kimi, 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlak, habelə əmlak kompleksi şəklində müəssisələr dövlət orqanlarına və qurumlarına əvəzsiz olaraq verildikdə vergitutma məqsədləri üçün gəlir və ya zərər nəzərə alınmır və belə əməliyyatlara görə ƏDV hesablanmır.

Other news