Azərbaycanda aktivləri 2 milyard manatı keçən 4 Bank var - Hesabat

15:45 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Azərbaycan bankları 2022-ci ilin sonuna iqtisadi göstəricilərini açıqlayıblar. 

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, 2022-ci ildə ölkədəki bankların əksəriyyəti böyüyüb - 25 bankdan 22-si böyüyüb, yəni aktivlərini artırıb, 3 bankın aktivləri isə azalıb.

Məlumata görə, 2022-ci ilin nəticələri göstərir ki, ölkədə aktivləri 2 milyard manatı keçən 4 bank var.

Bunlar – ABB (14 milyard manati), "Paşa Bank" (8,5 milyard manat), "KapitalBank" (7,8 milyard manat) və "XalqBank" (2,7 milyard manat)dır. Bu siyahıda 2021-ci illə müqayisədə dəyişiklik olmayıb. 

Other news