Azərbaycandakı sənaye zonalarında bu qədər məhsul istehsal edilib

15:57 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi (təqribən 33%-ə yaxın hissəsi) ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.

Other news