Rusiyada problemli kreitlərin həcmi sürətlə artmağa başlayır

16:22 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Rusiyada vaxtı uzadılan kreditlərin artım sürəti iki dəfə yüksəlib.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, 2022-ci ildə belə kreditlərin həcmi 16% artıb.

2021-ci ildə isə problemli kreitlər cəmi 9% artmışdı.

Rusiyanın “Dolqovoy konsultant” kollektor şirkətinin məlumatına görə, 2022-ci ilin yekununda problemli və vaxtı uzadılan (azı 90 gün gecikmiş) kreditlərin həcmi 1 trilyon 17 milyard rubl təşkil edib.

İl ərzində bu göstərici 140 milyard rubl artıb. 2021-ci ildə isə belə kreditlərin həcmi illik 72 milyard rubl artmışdı.

Kollektorların məlumatına görə, vaxtı uz-alılan və qaytarılmasında çətinlik olan kreditlər ölkənin bütün ərazilərində artmağa başlayıb.

Ölkənin regionların 3-də ikisində problemli kreditlərin həcmi azı 1 milyard rubl artıb.

Other news