Ər-Riad - Bakı birbaşa aviareysi açılıb

14:56 - 17.06.2018


17 iyun, Fineko/abc.az. İyunun 16-da Səudiyyə Ərəbistanın paytaxtında Ər-Riyad - Bakı birbaşa aviareysinin açılışı olub.

Fineko/abc.az Azərtaca istinadən xəbər verir ki, uçuşlar həftənin şənbə günləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Airbus A320” təyyarəsi vasitəsilə həyata keçirilir. Aviadaşıyıcının məlumatına əsasan, Ər-Riyaddan Bakıya yola düşmüş ilk sərnişin təyyarəsində yerlər demək olar ki dolub.

Qeyd edək ki, AZAL iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam şəhərinə də reyslərin yerinə yetirilməsinə başlayıb.

Yeni aviareyslərin açılması Yaxın Şərqdən əlavə turist axınına imkan verəcək, müqəddəs məkanları ziyarət etmək istəyənlər üçün xeyli rahatlıq yaradacaq. Bu, həmçinin iki ölkə arasında turizm, biznes və digər sahələrdə münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək.

Other news