Siz yuxudan öncə kofe içib, rahat yuxuya gedə bilirsiz?

15:55 - 22.06.2018


22 iyun, Fineko/abc.az. Siz yuxudan öncə kofe içib, rahat yuxuya gedə bilirsiz? Səhərlər cəmi 1 stəkan espresso tam oyanmanıza bəs edir? Və ya günortadan sonra içdiyiniz 1 fincan kofe belə gecə yuxuya getmənizə mane olur?

Bu suallara müxtəlif insanlarda fərqli cavabların olması kofeinə həssalıqla bağlıdır.

Kofein- təbii maddə olub bir çox qidalarda, xüsusilə də çay, kofe və kakaoda olur.

Standart ölçülü kofe fincanı təqribən 75-100 mq kofein tutur. Kofein qəbul edildikdən sonra mədə və bağırsaqlardan qana adsorbsiya olunur. Qan dövranı vasitəsilə beynə gedərək adenozin reseptorları ilə birləşərək sinir hüceyrələrinin aktivliyini artırır və gümrahlıq və bol enerji verir.

Kofein orqanizmdə toplanmır, qaraciyərdə parçalanaraq orqanizmdən xaric edilir. Orqnizmdən kofeinin ayrılması üçün orta hesabla dörd saat lazımdır. Lakin bu müddət müxtəlif şəxslərdə daha uzu və ya əksinə, qısa ola bilər. Müddətin uzunluğuna görə bəzi şəxslər gün ərzində bir neçə stəkan kofe içməsinə baxmayaraq gecə rahat yuxuya gedə bildiyi halda, bir başqası yuxusunu poza biləcəyinə görə günortadan sonra kofe içməməyə çalışır.

Iki əsas genetik faktora: kofeinin qaraciyərdə parçalanma sürəti və  sinir sisteminə stimuləedici təsirinə  görə kofemanlar əsas 3 həssaslıq qrupuna bölünürlər:

•      Yüksək həssaslıq: qaraciyərdə zəif parçalanma sürəti və sinir sistemində birləşmə qabiliyyətinin yüksək olması. Hətta kiçik dozada kofein qəbulu belə güclü stimuləedici təsir göstərir və bir qədər artıq dozada qəbulu yuxu pozğunluğuna səbəb olur. Az sayda insanlar bu qrupa daxildirlər.

•     Orta həssaslıq: kofeinin qaraciyərdə parçalanması və mərkəzi sinir sistemində birləşmə qabiliyyəti arasında balans mövcuddur. Belə şəxslər gün ərzində 2-5 fincan kofe içsələr belə  heç bir zərərli təsir və ya yuxu pozğunluğu müşahidə edilmir. Lakin gecələr kofeini az qəbul etmək məsləhətdir, amma bu da individual ola bilir.

•      Aşağı həssaslıq: kofein sürətlə parçalanır. Belə şəxslər gün ərzində daha çox kofe içə bilərlər və gecə qəbulu da yuxunu pozmayacaq.

Mütəxəssislər ümumiyyətlə kofeini sürətlə parçalanan şəxslərə də gündəlik normadan (400 mq) artıq qəbul etməməyi məsləhət bilirlər.

Kofeinin orqanizmə təsiri öyrənilməkdə davam edir.

Bəzi araşdırmalar kofe və kofein qəbulunun bir çox xroniki xəstəliklərin (ürək-damar xəstəlikləri, ikinci tip şəkərli diabet) və neyrodegenerativ pozğunluqların (məs, Parkinson xəstəliyi) yaranma riskini azaltddığını göstərir.

Other news