"AccessBank" və UNEC növbəti birgə layihəsinə yekun vurub/Foto

17:35 - 29.06.2018


29 iyun, Fineko/abc.az. "AccessBank"ın təşkilati dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin tələbələrinə 8 həftə ərzində IELTS mütəxəssislərinin təqdimatı ilə ingilis dilinin biznes istiqaməti tədris olunub. Həmçinin, bu müddət ərzində "AccessBank"ın mütəxəssisləri də "UNEC Business Conversation Club"un qonağı olub, tələbələr üçün təqdimat keçirib.

Tədbiri giriş sözü ilə açan "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev bildiribki, UNEC və "AccessBank" arasında əməkdaşlıq və reallaşdırılan birgə layihələr öz bəhrəsini verir: "Məni sevindirirki, tələbələr "UNEC Business Conversation Club" layihəsindən yeni biliklər əldə etdi. Bundan başqa, UNEC rəhbərliyi üçün önəmli məsələlərdən biri də odurki, tələbələr yalnız məzun olmasın, həm də özlərinə uğurlu karyera qura bilsinlər. Maraqlıdırki, bəzi tələbələrimiz artıq "AccessBank"ın diqqətini cəlb edə bilib. Layihənin effektivliyini və faydasını görəndən sonra "UNEC Business Conversation Club"un davamlı olmasını xahiş etmək istərdim".

"AccessBank"ın İdarə Heyəti sədrinin müavini/Baş maliyyə inzibatçısı Albrext Sabelus qeyd edibki, ingilis dilinin biznes istiqamətinin öyrənilməsi tələbələr üçün olduqca vacibdir: "Mən şadamki, "AccessBank" belə bir vacib layihəyə dəstək verir. Bilirsiniz ki, "AccessBank"ın komandasında kifayət qədər UNEC məzunu var. "UNEC Business Conversation Club"un iştirakçısı olanların bəziləri də gələcəkdə bizim komandamıza qoşula bilər. Bu baxımdan zamanın tələbi olan ingilis dilinə və onun biznes istiqamətinə yiyələnmək şərtdir. Çox məmnunamki, tələbələr bu layihədən maksimum faydalandı və yeni biliklər əldə etdi".

UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev də öz növbəsində "AccessBank"la təmsil etdiyi ali təhsil ocağının birgə reallaşdırdığı layihəni yüksək qiymətləndirib: "Mən də dəfələrlə təşkil olunan seminarlarda iştirak etmək fürsəti əldə etmişəm və əminliklə deyə bilərəmki, bu layihə nəticəsində əldə olunan biliklər tələbələr üçün gələcəkdə də faydalı olacaq".

"AccessBank"ın Korporativbankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova bildiribki, bankla UNEC arasında mövcud olan əməkdaşlıq bu il daha da inkişaf edib: "İlin əvvəlindən bankımızın dəstəyi ilə UNEC-də bir neçə tədbir keçirilib və sevindiricidirki, onların hamısı uğurlu olub. Layihə iştirakçılarının rəyləri onu deməyə əsas verirki, "UNEC Business Conversation Club" da olduqca uğurlu oldu. Layihə çərçivəsində tələbələr üçün banka 2 günlük ekskursiya təşkil olunub və bankda iş prinsipi ilə tanışlıq zamanı bizə yay təcrübəsinin təşkil olunması ilə bağlı müraciətlər daxil olub. Biz bu müraciətlərə müsbət cavab verdik və hər birinizi bankda görməkdən olduqca məmnun olarıq. Bundan başqa, biz də düşünürük ki, "UNEC Business Conversation Club" davamlı olmalıdır və bunun üçün dəstək göstərməyə hazırıq".

Çıxışılardan sonar bəzi tələbələr də layihə barədə öz təəssüratlarını bölüşdü.

Yekunda seminarı müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla, ən fəal iştirakçılar isə bank tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

 


Other news