Elektrik təchizatındakı problemlər səbəbindən qatarlar Bakıya gecikmə ilə gəlir

10:57 - 4.07.2018


4 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) elektrik təchizatının məhdudlaşdırılmasına görə regional qatarların hərəkətində gecikmələrin olduğunu bildirib.

ADY-in məlumatında deyilir ki, Astara-Horadiz-Bakı qatarı bu gün vaxtında gəlib, Böyük Kəsik-Bakı qatarı isə yarım saatlıq gecikmə ilə çatıb. Digər qatarlar da gecikir.

“Bakı-Sumqayıt-Bakı elektrik qatarları bu gün qrafik üzrə işləyəcəklər. Sərnişin sıxlığının qarşısını almaq üçün gün ərzində iki qruplu qatarlar xəttə buraxılacaq”, - deyə məlumat verildi.

Enerji təchizatındakı problemlər Mingəçevir İES-də baş verən qəza ilə bağlıdır ki, bu da iki dəfə: iyulun  2-dən 3-nə keçən gecə və iyulun 3-ü axşam ölkənin bütün ərazisində enerjinin kəsilməsinə gətirib çıxardı.

 

Other news