Pakistan Azərbaycana birbaşa uçuşlar təşkil etməyi təklif edir

16:30 - 4.07.2018


4 iyul, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilir.

Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Zahid Lətif Xan forumda söyləyib ki, iki ölkə arasında böyük iqtisadi potensial mövcuddur, lakin tam istifadə olunmur.

“Pakistan Azərbaycanla əməkdaşlıqda maraqlıdır və əsas məqsəd, biznes nümayəndələri arasında əməkdaşlığın qurulmasıdır”, - deyə Lətif xan vurğulayıb.

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand, öz növbəsində, ölkələr arasında bəzi sahələrdə əməkdaşlığın zəif inkişaf etdiyini, birbaşa hava xidmətinin açılmasının iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyini söylədi.

 

Other news