MilliKartın direktorlar şurasının yeni sədri təyin olunub

16:49 - 6.07.2018


6 iyul, Fineko/abc.az. İyunun 12-də “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin sədrliyi ilə "MilliKart" MMC-nin İştirakçılarının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilmişdir.

MilliKartın məlumatında deyilir ki, iclasda MilliKartın 2019-2021-ci illər üzrə inkişaf strategiyası müəyyən edilmiş, 2017-ci il üzrə audit hesabatı təsdiq edilmişdir.

“Həmçinin Direktorlar Şurasının yeni tərkibi təsdiq edilmişdir. “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan Şuranın yeni sədri təyin edilmişdir.  Həmçinin   MilliKarta yeni İştirakçıların (payçıların) cəlb edilməsinə dair müvafiq qərarlar qəbul edilmişdir”, - məlumatda belə deyilir.

 

Other news