Azərbaycanın şərab evləri Rusiya və Çində açılacaq

17:26 - 9.07.2018


9 iyul, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb.

Nazirliyin məlumatında deyilir ki, görüş zamanı Şahin Mustafayev  bildirib ki, şərab istehsalı və ixracının dəstəklənməsi üzrə kompleks və ardıcıl tədbirlər həyata keçirilir.

“İxrac təşviqinin 45 faizə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür.

Şərabçılığın inkişafı və təşviqi məqsədilə Çinin Şanxay şəhərində, daha sonra isə Pekin və digər şəhərlərdə, eləcə də Rusiyada Şərab Evlərinin açılması planlaşdırılır”, - qurumun rəhbəri belə deyib.

Görüşdə "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələr və onların icrası, şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub.

 

Other news