Azərbaycanda qanunsuz aksiyanın qarşısı alınarkən, iki polis zabiti öldürüldü

11:25 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Daxili İşlər Nazirliyi, və Dövlət Təhlükəsizliyi Xidməti və Respublika Baş Prokurorluğu Gəncədə baş vermiş hadisələrlə bağlı birgə məlumat yayıblar.

Məlumatda deyilir ki, çərşənbə axşamı günü, yerli vaxtla saat 20:00-da, 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər.  Polis aksiya iştirakçılarını aksiyanın keçirilməsinin yolverilməzliyi barədə xəbərdar etdi. Lakin aksiya iştirakçıları  küt və kəsici-deşici alətlərlə polis əməkdaşlarına müqavimət göstərmişlər.   

Qanunsuz  hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar. 

DİN-in məlumatına əsasən, aksiyanın 40 iştirakmısı  tutularaq Polis İdarəsinə gətirilmişdir. 30 dəqiqə ərzində Gəncənin mərkəzində asayiş tam bərpa edilmişdir. Fakt üzrə, Azərbaycan CM-in  120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2 maddələri üzrə cinayət işi açılıb. Hazırda aksiyanın təşkilatçılarının  və iştirakçılarını müəyyən etmək və məsuliyyətə cəlb etmək üçün istintaq tədbirləri görülür. Aksiya, Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hücumu təşkil edən Yunis Səfərovun dəstəklənməsi üçün keçirilmişdir.

 

Other news