Avropa İnvestisiya Bankı TANAP-a $1,3 milyard dollar ayıracaq

15:45 - 30.10.2017


Avropa İnvestisiya Bankı (EIB) Trans-Anadolu qaz boru kəmərinin (TANAP) maliyyələşdirilməsinə kredit ayıracaq.

TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol “Anadolu” Türkiyə agentliyinə müsahibəsində  bildirib ki, Avropa İnvestisiya Bankı yaxın zamanda “Cənub Qaz Dəhlizi” QSC-nə və BOTAS-a ümumilikdə  $1,3 milyard ayıracaq.

“Belə qərar, Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfindən TANAP-a  $500 milyon ayırdığından sonra qəbul edilib. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankı $2,5 milyard ayırıblar. Konsorsium  borcun  zəmanətli qaytarılması üçün model tərtib edib ki, bu da maliyyə institutlarının işini əhəmiyyətli dərəcədə yüngülləşdirir”, - deyə baş direktor bildirib.

Onun sözlərinə görə, indiyə qədər layihəyə dair bütün kredit razılaşmaları üzrə $3,950 milyard cəlb edilmişdir.

Razılaşmaya əsasən, “Cənub Qaz Dəhlizi” QSC-nin TANAP layihəsində iştirak  payı 20%, “BP”in - 20%, “Snam”ın iştirak payı 20%, “Fluxys”un iştirak payı 19%, “Enagás”ın - 16% və “Axpo”nun iştirak payı 5% təşkil edir.

 

Other news