Azərbaycanın “AGBank”ının səhmdarlarının ümumi yığıncağı keçiriləcək

11:08 - 18.07.2018


18 iyul, Fineko/abc.az. “AGBank”ının səhmdarlarının ümumi yığıncağı  6 sentyabr 2018-ci il tarixində keçiriləcək.

“Ümumi yığıncaqda səhmdarlar 2017-ci il üzrə hesabatı təsdiqləyəcək, Audit Komitəsinin hesabatını dinləyəcək, Bankın maliyyə nəticələrini təsdiq edəcəklər”, - məlumatda belə deyilir.

2017-ci ildə fəaliyyət nəticələrinin milli maliyyə standartları üzrə bankın xalis zərərləri 6,687,76 min manat təşkil etmişdir.

“AGBank” 1992-ci ildə yaradılmışdır və Azərbaycanda fəaliyyət göstərən 10 aparıcı bankların siyahısına daxildir.

 

Other news